Ekspertlər köçkün məktəbində görüş keçirdi - FOTOLAR
Ölçü:


Beynəlxalq Lieral Maarifçilik Mərkəzinin Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Gənc nəsldə elm və təhsilə marağın təşviq edilməsi və mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində növbəti görüş iyunun 13-də Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon Çardaqlı kənd tam orta məktəbində keçirilib.

Koordinat.az
xəbər verir ki, layhənin rəhbəri Zülfüqar Hüseynzadə məcburi köçkün məktəblərində belə tədbirlərin keçirilməsinin zəruriliyindən bəhs edib. O, bildirb ki, məhz bu məqsədlə belə bir layihənin icrası məqsəduyğun hesab edilib. Z. Hüseynzadə qeyd edib ki, Azərbaycan gəncliyinin, xüsusən işğal edilmiş bölgələrdən olan yeni nəslin bilikli və bacarıqlı, vətənpərvər ruhda formalaşması dövlətin strateji hədəflərindəndir. Azərbaycanın gələcək tərəqqisi və qüdrəti məhz bugünkü nəslin hərtərəfli hazırlığından asılıdır ki, bu da yalnız keyfiyyətli təhsillə əldə edilə bilər.

Layinəni eksperti, tanınmış jurnalist Seymur Verdizadə təhsilin və mütaliənin insanın həyatındakı əvəzolunmaz rolundan danışıb. Vurğulayıb ki, gənclərin mənəvi baxımdan yüksək dəyərlərə sahiblənməsi, geniş dünyagörüşünə sahib olması cəmiyyətimiz üçün başlıca hədəflərdəndir. Buna görə də belə görüşlərin və tədbirlərin keçirilməsi vacibdir.

Tədbirin sonunda görüşdə iştirak edən müəllimlər bu müstəvidə görüşlərin şagirdlərin dünyagörüşünə müsbət təsir göstərdiyini vurğulayaraq təşkilatçılara minnətdarlıqlarını bildiriblər.  
14.06.2019 16:49:00
Oxuma sayı: 362