Prezident təqaüdçüsü: “Dünya səyahətinə çıxmaq istərdim”
Ölçü:


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsi Şahlar Əlizadə cavablandırır.

-Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin
-Mən 1999-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuşam. 1-ci Şahsevən kənd orta məktəbini bitirmişəm. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanını uğurla verərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. BANM-in Neft-qaz muhəndisliyi ixtisasının I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.

İmtahan geridə qadı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz
-Mənim ücün çox çətin bir dövr idi, hədsiz dərəcədə yorulurdum, amma buna baxmayaraq, mən öz məqsədimə çatmaq üçün çox oxumalıydım. Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım.

-Nə qədər bal topladınız?
-686 bal toplamışam.

-Niyə məhz BANM-ı seçdiniz?
-Mənim uşaqlıqdan məqsədim savadlı mühəndis olmaqdır və BANM mənim uçun ən dəyərli ali təhsil ocağı olub, məhz ona görə mən BANM-də təhsil almağı seçdim və inanıram ki, heç vaxt peşman olmayacam.

-Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
-Ailəmin oxumağımdakı rolu əvəzedilməzdir, onlar həmişə mənə dəstək olublar, mən əgər bu gün arzuladığım Ali Məktəbdə təhsil alıramsa, bu məhz onların sayəsindədir. Ömrüm boyunca onlara minnətdaram.

 -Ən böyük arzunuz?
-Ali Məktəbi əla qiymətlərlə bitirib ölkəmi xarici ölkələrdə tanıtmaq, yeni layihələr hazırlayıb daha da yüksəlmək və savadlı bir mutəxəssis olmaqdır.

-İxtisasınız haqqında nə demək istərdiniz?
-Mən neft-qaz muhəndisliyi ixtisası üzrə təhsil alıram. Ümid edirəm ki, gələcəkdə savadlı bir mühəndis olacam.

-Hobbiniz nədir?
-Ən böyük hobbim kinoya baxmaqdır.

-Başqa hansı maraqlarınız var?
-Velosiped surməyi çox xoşlayıram. Eyni zamanda, dünya səyahətinə çıxmaq mənim üçün çox maraqlıdır, bunu reallaşdırmaq istərdim.

-Hansı janrda kitabları oxuyursunuz?
-Janrından asılı olmayaraq kitab oxumağı sevirəm.

 

 

 
09.01.2017 12:54:00
Oxuma sayı: 553