BMT ABŞ-ın İranda nüvə obyektinə aviazərbə endirmək planından xəbər tutub
Ölçü:


ABŞ administrasiyası İranda nüvə proqramı ilə əlaqəli bir obyektin hava zərbələri ilə vurulması ideyasını müzakirə edir.

Koordinat.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti BMT-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Söhbət kütləvi bombardmandan gedir, ancaq o, konkret bir hədəflə məhdudlaşdırılacaq”, – deyə qəzet mənbənin sözlərindən sitat gətirib.

Nəşrin məlumatına görə, bu məsələ ətrafında gedən danışıqlarda ölkənin yüksək rütbəli hərbi simaları, Pentaqonun nümayəndələri və prezident Donald Trampın məsləhətçiləri iştirak edir. Bildirilir ki, bu qərar İranın uran istehsalı ilə bağlı son açıqlamasından qabaq Ağ Evdə müzakirə edilib.

Qəzet yazır ki, prezident Tramp özü də İran məsələsində istənilən hərbi qərara həvəssiz yanaşır, ancaq eyni zamanda dövlət katibi Mayk Pompeonun məsləhətləri əsasında addım ata da bilər.

İranın məhz hansı nüvə obyektinin zərbələrə hədəf seçildiyi qəzetdə qeyd olunmayıb
18.06.2019 10:52:00
Oxuma sayı: 234