ABŞ PKK/YPG-yə 200 TIR silah göndərdi
Ölçü:


ABŞ iyunun 14-də terrorçu PKK/YPG-PYD-yə 200 TIR ağır silah və zirehli texnika göndərib.

Koordinat.az xəbər verir ki, bu barədə məlumatı “Haberler” yayıb. Bildirilib ki, silahların Suriya Demokratik Qüvvələrinə göndərildiyi iddia olunur. Bu qurum isə PKK/YPG-PYD siahlılarından yaradılıb.

Məlumata görə, ABŞ Suriyanın Deyr əz-Zor və Haseke bölgələrində yeni hərbi baza qurmağı planlaşdırır. Bildirilib ki, TIR-lar İraqın kürdlərin nəzarəti altında olan şimal hissəsindəki Semalka sərhəd-buraxılış məntəqəsindən keçərək Suriyanın Ayn-əl-Ərəb (Kobani) qəsəbəsində PKK-nın qurduğu Suriya Demokratik Qüvvələrinə təhvil verilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və başqaları Suriyada terrorçu İŞİD qruplaşmasının qalmadığını bildirirlər.

Türkiyə iddia edir ki, əvvəllər ABŞ hərbi qüvvə və texnikanın İŞİD-ə qarşı mübarizə məqsədilə aparıldığını bildirirdi: “Onda belə bir sual yaranır, ABŞ bu texnika və sursatı YPG-PYD-yə niyə göndərir?”.
14.06.2019 17:17:00
Oxuma sayı: 43