POS-terminalın olmamasına görə cərimələr müəyyənləşib
Ölçü:


"Mövcud qanunvericilik ticarət və ictimai iaşə obyektlərində POS-terminallar vasitəsilə ödənişlərdən imtina faktına görə məsuliyyət tədbirləri nəzərədə tutmur".

Koordinat.az
xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində deyib. Onun sözlərinə görə, nağdsız ödənişlərin qəbulunda imtinaya görə Azərbaycanda məsuliyyət müəyyən edilməyib. “Bu isə bəzi vergi ödəyicilərinə sizin tərəfinizdən haqlı qeyd olunduğu kimi müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxşı edib. Lakin qurumlararası razılaşma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Əgər yenidən bu mövzu gündəmə gələrsə - Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır təbii olaraq biz həmin qanun layihəsini yenidən təqdim etməyə hazırıq", - deyə nazir bildirib.

Yeni nəsil nəzarət kassalarının tətbiqi məsələsinə toxunaraq M. Cabbarov iki vacib məqama toxundu. "Yanvar ayının 1-dən nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-nin, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-nin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə yeni müddəa əlavə edilib. Hazırda bu prosesin başlaması üçün müvafiq hüquqi, təşkilatı işlər davam edir. Burada müəyyən məsələlərin sürətləndirilməsinə ehtiyac var. Biz ilk növbədə Maliyyə Nazirliyi ilə bu məsələdə sıx çalışırıq və inanırıq ki, yaxın dövrlərdə bu proses başa çatdırılacaq. İkinci vacib məqam budur ki, bu il Vergilər Məcəlləsinə edilmiş dəyişiklilklərdə POS-terminallardan istifadə edən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əlavə vergi vergisindən güzəştlər tətbiq edilib. Qanunvericilikdə müvafiq səlahiyyətlər olduğu təqdirdə Vergilər Nazirliyi tərəfindən hüquqi tədbirlərin həyata keçirilməsi mümkündür”, - deyə M.Cabbarov əlavə edib.
14.06.2019 15:44:00
Oxuma sayı: 50