Saakaşvili hərbi forma geyinir
Ölçü:


Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili hərbi xidmətə yollanmaq üçün Kiyevdəki Svyatoşinski hərbi komissarlığına gedib.

Koordinat.az
xəbər verir ki, o, tibbi yoxlanışdan keçib, qeydiyyata yazılıb: “Tibbi komissiyada yoxlanıldım və  Svyatoşinski hərbi komissarlığında qeydiyyata yazıldım. Səhhətim əladır, hərbi xidmətə çox uyğundur. Belə ki, əlimdə silahla Ukraynanı qorumağa hazıram”.

Xatırladaq ki, Saakaşvili 2016-ci ilin mayında Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırıb və vətəndaşlığını əlindən alıb. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıb, 2021-ci ilədək ölkəyə girişinə qadağa qoyub.

Ukrayna Prezidenti Vladimir Zelenski bu il mayın 28-də Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. O isə növbəti gün Ukraynaya qayıdıb.
14.06.2019 15:36:00
Oxuma sayı: 141