Gürcüstan hökuməti “Orta dəhliz”lə bağlı fəal iş aparır
Ölçü:


“Gürcüstan hökuməti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz” – red.) təşviqi üçün fəal iş aparır”.

Koordinat.az
xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili Tbilisidə keçirilən beynəlxalq loqistika konfransında bildirib. Onun sözlərinə görə, ölkədə bir sıra infrastruktur layihələri reallaşdırılır: “Məqsədimiz Gürcüstanı bölgədə haba çevirməkdir. Konfrans “Orta dəhliz”in beynəlxalq daşıyıcılar və loqistika şirkətləri arasında təşviqinə dəstək verəcək”.

Nazir müavini Gürcüstanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və beynəlxalq daşıyıcı şirkətlər üçün təqdim olunan imkanlar barədə danışıb.

Konfransa yüzdən çox ölkədən nəqliyyat və loqistika sahəsini təmsil edən 150-yə yaxın nümayəndə qatılıb. Tədbir çərçivəsində müzakirələr və B2B görüşlər keçiriləcək/
14.06.2019 14:47:00
Oxuma sayı: 41