Elçibəyin kürəkəni: "Biz şokdayıq"
Ölçü:


“Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi”.

Koordinat.az xəbər verir ki, bu barədə “Report”a mərhumun kürəkəni Aqil Səmədbəyli deyib. O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: “Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi“.

A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: “Biz şokdayıq”.
14.06.2019 14:36:00
Oxuma sayı: 36