Saakaşvili: "Əlimdə silah Ukraynanı qorumağa hazıram”
Ölçü:


Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynada hərbi xidmətə yararlı tanındığını etiraf edib.
 
Koordinat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb: “Sağlamlığım əladır. Hərbi xidmətə yararlı olduğum üçün əlimdə silah Ukraynanı qorumağa hazıram”.

Xatırladaq ki, Mixail Saakaşvilini 2017-ci ilin iyulunda vətəndaşlıqdan məhrum etmişdilər. Bu il mayın 28-də isə onun vətəndaşlığı yenidən bərpa olunub.
14.06.2019 13:47:00
Oxuma sayı: 44