Milli Məclis: 100 nəfər oturub 78 nəfər səs verir
Ölçü:


Milli Məclisin spikeri Oqtay Əsədov  parlamentin bugünkü plenar iclası zamanı qanun layihəsi səsə qoyularkən səsvermədə iştirak etmədikləri üçün deputatlara irad bildirib.

Koordinat.az xəbər verir ki, spiker narazılığını “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunun səsverməsi zamanı çatdırıb. O, deputatların səsvermədə iştirak etməməsinə əsəbləşib.

“100 nəfər oturub 78 nəfər səs verir. Bu nə deməkdir?!”, – O.Əsədov bildirib. 
14.06.2019 12:31:00
Oxuma sayı: 89