BDU-nun Tarix fakültəsinin baş müəllimi vəfat edib
Ölçü:

Aydın Musayev Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında 34 il fəaliyyət göstərib


Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin baş müəllimi, tarix elmləri namizədi Musayev Aydın Hacıbala oğlu dünyasını dəyişib.

Koordinat.az xəbər verir ki, o, 1982-ci ildən dünyasını dəyişənə qədər BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

Aydın Musayev 1951-ci il iyulun 22-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1974-1977-ci illərdə İsmayıllı rayonu, Vəndi kənd orta məktəbində müəllim, 1977-1979-cu illərdə Bakı şəhəri, Hövsan kəndi 118 №-li məktəbdə müəllim, 1977-82-ci illərdə Azərbaycan Dövlət Universitetində Ümumi tarix kafedrasında müəllim,1982-ci ildən dünyasını dəyişənə qədər Bakı Dövlət Universitetinin "Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi" kafedrasında baş müəllim işləyib.

Allah rəhmət eləsin!

08.01.2017 12:45:00
Oxuma sayı: 370