Brüsseldə Qarabağ müzakirəsi: İrəvana 25 milyon da ayrıldı
Ölçü:


Avropa Birliyi Ermənistana 2019-cu ildə əlavə 25 milyon avro ayıracaq.

Koordinat.az xəbər verir ki, bu barədə məlumat Avropa Birliyi-Ermənistan Əməkdaşlıq Şurasının ikinci iclasından sonra yayılan ortaq bəyanatda yer alıb. Şura əlavə yardımı Ermənistanın reform proqramlarının gerçəkləşdirilməsində qəti mövqeyinə görə ayırdığını bildirib.

Tərəflər Qarabağ məsələsini də müzakirə ediblər. AB Dağlıq Qarabağ konfliktinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb. Brüssel konfliktin həlli və xalqların sülhə hazırlaması üçün bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Avropa Birliyi Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və hər iki tərəfin bu prosesdə ilkin şərt olmadan iştirakını dəstəklədiyini də bəyan edib.

14.06.2019 11:37:00
Oxuma sayı: 85