Qaimə-fakturalar vergi hesab-fakturaları ilə birləşdiriləcək
Ölçü:


Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturaların vahid sənəd halında birləşdirməyi nəzərdə tutur. Bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərindən elektron vergi hesab-fakturası yazılmayacaq.

Koordinat.az xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov jurnalistlərə açıqlamasında belə deyib. O, bildirib ki, elektron qaimə-fakturalarla vergi hesab-fakturaların birləşdirilməsi təşəbbüsləri sahibkarla keçirilən görüşlərin nəticəsi kimi ortaya çıxıb: “Həmin təkliflərin artıq bir qismi nəzərə alınaraq və texniki sifarişlər əsasında elektron qaimə-fakturaların təkmilləşməsi həyata keçirilir. Növbəti illərdə nəinki elektron qaimə-faktura və elektron vergi hesab fakturalarının birləşdirilməsi, eyni zamanda elektron qaimə fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi hədəflənib”.

Natiq Şirinov bildirib ki, sahibkarla keçirilmiş bir sıra görüşdlərdə elektron qaimə-fakturaların özünün təkmilləşdirilməsi ilə də bağlı çoxlu təkliflər səsləndirilib. O, xatırladıb ki, elektron qaimə-kakturaların tətbiqi Vergi Məcəlləsinə edilmuiş dəyişikliklərlə tənzimlənir. 2017-ci ilin 1 aprel tarixdən ölkə üzrə bütün ƏDV ödəyiciləri, 2018-ci il 1 yanvar tarixsdən isə digər vergi ödəyiciləri tərəfindən tətbiqi inperaktiv xarakter daşıyır.

13.06.2019 16:56:00
Oxuma sayı: 58