Ermənilər Türkiyədə separatçı rejimin bayrağını qaldırdılar
Ölçü:


Ümumerməni Oyunlarının nümayəndə heyəti Türkiyəyə gəlib.

Koordinat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyəti Hatay vilayətində yerləşən Musa Dağının ətəyinə qalxaraq Vakıflı kəndində yerləşən kilsədə Ermənistan və separatşı Qarabağ rejiminin bayraqlarını qaldırıblar.

Oyunlarını məşəlini Ermənistandan və İstanbuldan gələn ermənilərin qarşısında erməni mənşəli amerikalı iş adamı Albert Boyacyan yandırıb. Mərasiminin videosunun avqusutn 6-da Xankəndində ümumerməni oyunlarının açılış mərasimində nümayiş olunacağı bildirilib.

Xatırladaq ki, Panerməni oyunları 4 ildən bir diapsor erməniləri arasında baş tutur. Sonuncu belə yarışlar 2015-ci ildə keçirilmişdi və dünyanın 172 şəhərindən 6,3 min ermənini toplamışdı.  
13.06.2019 15:53:00
Oxuma sayı: 21