Putin iki generalı işdən azad etdi
Ölçü:


Rusiya prezidenti Vladimir Putin iki polis generalını tutduğu vəzifədən azad edib.

Koordinat.az
xəbər verir ki, məlumatı iyunun 13-də Kremlin Mətbuat xidməti yayıb. Bildirilib ki, işdən azad edilən general-mayor, Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Qərb administrasiyası dairəsinin rəisi Andrey Puçkov “Meduza” internet-qəzetinin jurnalisti İvan Qolunova qarşı cinayət işi açıb. O biri general-mayor Rusiya Daxili İşlər Nazirliyinin Narkotik maddələrin dövriyyəsinə nəzarət üzrə Moskva idarəsinin rəisi Yuri Devyatkindir.

Qeyd edək ki, 36 yaşlı Qolunov cari il iyunun 6-da həbs edilib. Ona qarşı böyük miqdarda narkotik maddələrin qanunsuz satışına cəhd ittihamı irəli sürülmüşdü. Qolunov və hüquqlarını müdafiəçiləri bu ittihamı rədd edərək jurnalistin Moskva rəsmilərinin korrupsiyada iştirakına dair araşdırmalarına görə cəzalandırıldığını qeyd ediblər.

İyunun 11-də İvan Qolunova qarşı cinayət ittihamları aradan qaldırılıb/Report.

13.06.2019 15:37:00
Oxuma sayı: 268