KOBİA özəl İnvestisiya Fondu yaradacaq
Ölçü:


Bu ilin sonunadək İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunacaq özəl İnvestisiya Fondu fəaliyyətə başlayacaq.

Koordinat.az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes forumunda KOBİA-nın İdarə Heyətinin sədr müavini Mehman Abbas bildirib. Onun sözlərinə görə, hazırda yeni maliyyə mexanizmləri formalaşdırılır: "Fondda xarici şirkətlərin, fondların iştirakı arzu ediləndir".

Xatırladaq ki, KOBİA Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən yaradılıb.
13.06.2019 15:16:00
Oxuma sayı: 129