Məşhur oliqarx Paşinyana meydan oxudu
Ölçü:


“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyanın istintaqı baş tutmayıb.

Koordinat.az
bildirir ki, o, Ermənistanın İstintaq Komitəsinə gəlməyib. Sarukyan iyunun 12-də istintaq qurumuna gəlmək bildirişi alıb, amma göstərilən vaxtda idarəyə baş çəkməyib. Polisin məlumatına görə ÇEP lideri rəsmi bildirşi cıraraq atıb.

Respublikanın deputatı və böyük iş adamını “Vətəndaş müqaviləsi” partiyasından şəhər merliyinə namizəd Qriqor Qulyanın seçkiqabağı qərargahlarından birinə başçılıq etmiş Abovyan sakini Vaan Saribekyanın avtomobilinə od vurmaq üzrə işə görə istintaqa çağırıblar. Bəzi yerli KİV-lərin məlumatına görə, hadisənin arxasında ÇEP təmsilçiləri var.

Sarukyanın özü bunu “quraşdırma iş” adlandırıb.
13.06.2019 15:08:00
Oxuma sayı: 20