Rostov-Bakı birbaşa reysi açılır
Ölçü:


 İyulun 6-da Bakı və Rostov arasında birbaşa aviareys açılır.

Koordinat.az
xəbər verir ki, uçuşlar Rusiyanın "İrAero" aviaşirkəti tərəfindən şənbə günləri "Suxoy Superjet 100" təyyarələri ilə həyata keçiriləcək. Bu barədə Rusiya aviadaşıyıcısı məlumat yayıb. Biletin qiyməti 12 min rubldan (185 dollara yaxın) başlayır.

Uçuş müddəti 2 saatdır. Rostovdan təyyarə yerli vaxtla saat 15:00-da qalxacaq və Bakıya saat 18:20-də çatacaq. Bakıdan uçuş saat 12:50-də, Rostova çatma yerli vaxtla 13:50-də olacaq.

Paylaş

13.06.2019 14:56:00
Oxuma sayı: 239