Qüdrət Həsənquliyev:“Sahibkarlar niyə 3 məhkəməyə müraciət etməlidir"
Ölçü:


“Prezidentin fərmanına əsasən, yeni iqtisadi məhkəmə gömrük, vergi, sığorta ödənişləri kimi məsələlərə baxmalı idi”.

Koordinat.az
xəbər verir ki, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Qüdrət Həsənquliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib. O, qeyd edib ki, yenə də gömrük və vergi məsələlərinə inzibati məhkəmələr baxacaq: “Deməli, yeni bir dəyişiklik olmayacaq. Niyə vergi, gömrük, məcburi dövlət sığortasına kommersiya məhkəmələri baxmasın? Kommersiya mübahisələrinin də əhatə dairəsi dəqiqləşdirilməlidir. Deməli, sahibkarlar bundan sonra həm ümumi məhkəmələrə, həm inzibati məhkəmələrə, həm də kommersiya məhkəmələrinə müraciət edəcək. Niyə 3 məhkəməyə müraciət olmalıdır? Bütün bu məsələlərə bir məhkəmə – kommersiya məhkəməsi baxmalıdır. Tahir Kərimli kommersiya məhkəmələrinin adının iqtisadi məhkəmələr olmasını təklif etdi. Yeni məhkəmə yaradıldığı üçün adı kommersiya məhkəmələri də ola bilər. Ancaq kommersiya məhkəmələri sahibkarlıqla bağlı bütün məsələlərə  baxmalıdır. İnanıram ki, növbəti oxunuşa qədər bu məsələyə baxılacaq”.
13.06.2019 14:16:00
Oxuma sayı: 11