Ayətullah Xamnəi Trampa cavab vermək istəmir
Ölçü:


“Biz nüvə silahının hazırlanması əleyhinəyik və mənim şəri fətvamla nüvə silahının hazırlanması haram sayılıb”.

Koordinat.az
“Khamenei.ir” saytına xəbər verir ki, bunu Yaponiya baş naziri Şinzo Abe ilə bu gün keçirilən görüşündə İranın Ali dini lideri Ayətullah Xamnəi deyib. O, baş nazir Şinzo Abe və onu müşayət edən heyətlə görüşdə İslam Respublikasının ABŞ-a güvənmədiyini və acı təcrübəni təkrarlamayacağını söyləyib.

Xamnəi nüvə sazişi çərçivəsində ABŞ-la əvvəlki danışıqları xatırladaraq deyib: “Çünki heç bir azad və səmimi ölkə təzyiq altında danışıqlar aparmaz”.

Görüşün başlanğıcında baş nazir Şinzo Abe İranın Ali Rəhbərinə müraciət edərək deyib: “Mən Birləşmiş Ştatlar prezidentinin bir mesajını sizə çatdırmaq niyyətindəyəm”.

Xamnəi Yaponiyan baş nazirinə xitabən deyib: “Biz xoş niyyətinizə şübhə etmirik, amma ABŞ prezidentini adını xatırladınız, mən Tramp kimi mesajlarını tez-tez dəyişən ikinci adam tanımıram və ona heç bir cavab verməyəcəyəm.

Sizinlə müzakirə edəcəyim məsələ Yaponiya baş naziri ilə dialoq kontekstindədir, çünki biz Yaponiyanın bir dost olduğunu düşünürük, baxmayaraq ki, bir sıra prblemlərimiz var”.

Yapon baş nazirinin sözlərinə görə, Tramp ona deyib ki, “Amerika İranda rejim dəyişməyi planlaşdırmır”.

Ayətllah Xamnəi bununla bağlı vurğulayıb: “Keçmiş ABŞ prezidentlərinin də son 40 ildə İslam Respublikasını məhv etmə səyləri həmişə uğursuz olub”. O qeyd edib ki, “Tramp ABŞ-ın İranda rejim dəyişməyi planlaşdırmadığını söyləyir, bu yalandır, çünki bunu etməyə çalışıb, amma bacarmayıb”.

İranın ali dini lideri İslam Respublikasının “P5 + 1” çərçivəsində ABŞ və avropalılarla birlikdə imzaladığı nüvə razılaşmasını xatırladıb. “Kim razılaşmaya əməl etməyən ölkə ilə danışıqlar apararar?”

O, Yaponiya baş nazirinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ABŞ-ın qətiyyətinə dair qeydi ilə bağlı deyib: “Biz nüvə silahına qarşıyıq və mənim dini fətvamla nüvə silahı hazırlamaq və yaymaq haramdır. Amma biz nüvə silahına sahib olmaq niyyətində olsaydıq belə, ABŞ heç bir şey edə bilməzdi”.

Yaponiya baş naziri ABŞ-ın İranla vicdanlı danışıqlara hazır olduğunu söyləyib. Xaməinin buna cavabı sadə olub: “ABŞ rəsmiləri arasında dürüst adamlar azdır”.

Baş nazir və onu müşayiət edən heyrətlə görüşdə Xamnəi bildirib: “İslam Respublikası ABŞ-a etibar etmir. Nüvə sazişi çərçivəsində danışıqların əvvəlki acı təcrübəsi bunu sübut  edir. Heç bir sağlam zəkalı və azad tərəf bu şərtlərlə ünsiyyətə girməz”.
13.06.2019 13:54:00
Oxuma sayı: 123