Kardioloqlardan tövsiyə: Damarları sağlamlaşdırır və təzyiqi normallaşmasdırır...
Ölçü:


Əriyin xüsusi faydası ondadır ki, onların tərkibində damarların sağlamlaşmasında və qan təzyiqinin normallaşmasında mühüm rol oynayan kalium mövcuddur.

Koordinat.az
xəbər verir ki, kardioloqlar ürək xəstəliyindən əziyyət çəkən hər kəs üçün ərik yeməyi məsləhət görürlər. Tərkibindəki kaliuma görə ürək-damar sistemini sağlam saxlayan, orqanizmi çox sayda xəstəlikdən qoruyan ərik, meyvələr arasında çempiondur.

Həkimlər qeyd edirlər ki,"kalium duzlarının böyük miqdarı sayəsində ərik, aritmiyanın müalicəsində faydalıdır və sidikqovucu təsirə malikdir, buna görə böyrək mənşəli şişlər də daxil olmaqla, hipertoniya və ödəmdən əziyyət çəkənlər üçün də faydalıdır".

Mütəxəssislərin fikrincə, kalium qan damarlarının vəziyyətini yaxşılaşdırır, zərərli xolesterin də  daxil olmaqla bədəndən toksinlərin çıxma prosesini aktivləşdirir. Üstəlik, quru ərikdə təzəsindən fərqli olaraq 5-6 dəfə daha çox kalium var. Quru əriklərin (kuraqa) istifadəsi zəif qan dövranını, miyasteniya və ürək ritminin pozulmasını yaxşılaşdırmağa kömək edir.

Əriyin digər qiymətli xüsusiyyətlərindən biri də sellülozda beta-karotenin artmasıdır. Araşdırmalar göstərir ki, betakaroten yalnız ürək xəstəliyinin inkişafının qarşısını almaqda deyil, həm də xərçəngə təsir göstərə bilir. Bundan əlavə, əriklərdə flavonoidlərin yüksək konsentrasiyası və vitamin C-nin zənginliyi  distoniyadan əziyyət çəkənlər üçün faydalıdır.
13.06.2019 10:48:00
Oxuma sayı: 16