ABŞ-ın terrorçuluqla mübarizə üzrə koordinatoru Türkiyəyə gəlir
Ölçü:


ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Natan Seyls Türkiyəyə səfər edəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, səfər yaxın bir həftədə reallaşacaq. Lakin hələlik dəqiq tarix açıqlanmır.

Qeyd edilir ki, Dövlət Departamentini nümayəndəsi Türkiyədə xarici terrorçuların repatriasiyası, sərhəd təhlükəsizliyi və PKK, “Əl-Qaidə” və İŞİD terror qruplaşmaları ilə mübarizəni müzakirə edəcək
13.06.2019 10:11:00
Oxuma sayı: 252