Azərbaycanda qızıl-gümüş bahalaşıb
Ölçü:


Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Koordinat.az
-ın məlumatına görə, iyunun 12-də qızılın qiyməti iyunun 11-i ilə müqayisədə 6,103 manat artaraq 1 unsiya üçün 2265,1565 manat təşkil edib. Gümüş 0,1445 manat bahalaşaraq 1 unsiya üçün 25,1684 manata bərabər olub.

Platinin qiyməti 20,332 manat artaraq 1391,45 manat, palladiumun qiyməti isə 35,445 manat artaraq 2379,9745 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

13.06.2019 09:56:00
Oxuma sayı: 11