Milli Məclis növbədənkənar iclasa toplanır
Ölçü:


Milli Məclisdə bu gün növbədənkənar iclasa toplanır.

Koordinat.az
xəbər verir ki, növbədənkənar iclas sabah da davam edəcək. Milli Məclisin bu iki iclasın gündəliyinə 36 məsələ daxil edilib. Bunların arasında "Dövlət rüsumu haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş), "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) də var.

Milli Məclisin bu iclaslarında həmçinin "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarılaacaq.
13.06.2019 09:39:00
Oxuma sayı: 17