Əmək Müfəttişliyi “Baku Steel Company”də toplantı keçirib
Ölçü:


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Baku Steel Company” MMC-də Səhiyyə Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin, işəgötürənlərin iştirakı ilə “Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilənin rolu” mövzusunda seminar-müşavirə keçirib.

Koordinat.az
xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov Xidmətin fəaliyyət istiqamətlərindən birinin də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəldiyini deyib. Qeyd edib ki, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri aparılır. Müvafiq Tədbirlər Planına uyğun olaraq  keçirilən hazırkı tədbir də bu məqsədə yönəlib.

Bildirilib ki, kollektiv müqavilə  işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan və əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən sənəddir. Həmin müqavilələrdə əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, habelə qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması şərtləri də əksini tapır. Bu baxımdan əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilələrin rolu böyükdür.

Tədbirdə “Baku Steel Company MMC”-nin  Baş  direktorunun istehsalat üzrə birinci müavini Ramin Kərimov işəgötürənlərin əmək qanunvericiliyi ilə bağlı ətraflı məlumatlandırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Xidmətin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadənin moderatorluğu ilə davam edən tədbirdə Müfəttişliyin rəis müavini Nizami Əhmədovun “Əməyin mühafizəsi və iş yerlərində sağlamlığın qorunmasında önləyici  tədbirlərin rolu“, Səhiyyə Nazirliyinin V.Axundov adına ETTP İnstitutunun Peşə Xəstəlikləri Klinikasının direktoru Sevda Xəlilovanın “Qara metallurgiyada əlverişsiz istehsalat amilləri,  peşə  xəstəlikləri və onların profilaktikası” mövzularında çıxışları dinlənilib.  Sonra əməyin mühafizəsinə dair video-çarx nümayiş olunub. AHİK-in əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov “Kollekiv müqavilələr və əməyin mühafizəsi üzrə görülən işlər” mövzusunda çıxış edib.

“Baku Steel Company” MMC-nin departament müdiri Miryasin  Seyidov müəssisədə əməin mühafizəsi sahəsində görülən tədbirlər barədə məlumat verib. Şirkətin həmkarlar  təşkilatının sədri Əliqulu Quliyev MMC-nin kollektiv müqaviləsində əməyin mühafizəsi üzrə nəzərdə tutulmuş öhdəliklərə əməl  olunması istiqamətində görülən işləri diqqətə çatdırıb. Çıxışlar ətrafında müzakirələr  aparılıb.
12.06.2019 16:39:00
Oxuma sayı: 17