Yevlax şəhidləri şəhid övladlarının gözü ilə...
Ölçü:


İyunun 11-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsinin yekunu ilə bağlı tədbir keçirib.

Koordinat.az
xəbər verir ki, Yevlax şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Yevlax şəhidləri  Şahgəldiyev Muxtar Knyaz oğlu və İbrahimov Kənan Eldar oğlu barədə şagirdlərin məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə sual-cavab formatında müzakirələrin aparılıb.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov deyib ki, dövlət şəhid ailələrinin sosial təminatı məsələlərini diqqət mərkəzində saxlayır. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri cəmiyyətin, gənc nəslin də şəhid ailələrinə hər zaman diqqətli yanaşmasının vacib olduğunu vurğulayıb. R. Cürənov “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin şəhidlərin tanıdılması, şəhid ailələrinə cəmiyyətin diqqət və qayğı ilə yanaşması ilə əlaqədar gələcəkdə də bu istiqamətdə Yevlax rayonu və Azərbaycanın digər bölgələrində layihələrin həyata keçirilməsinin planlaşdırıldığını nəzərə çatdrıb.


Tədbir müzakirələrlə davam edib.

12.06.2019 16:27:00
Oxuma sayı: 40