Sosial mənzillərdə kirayə ödənişləri hər kvadratmetr üçün təxminən 1500 manat
Ölçü:


Bu il yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərman imzalayıb. Artıq fərmanın icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara da dəyişiklik edilib.

Koordinat.az
xəbər verir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli lent.az-a açıqlamsında həmin fərmanın bir çox insanlara dəstək olacağını düşünür. Onun sözlərinə görə, elə insanlar var ki, uzun müddətdir kirayədə yaşayırlar: "Onlar arasında övladları böyük olan, hətta evlənən şəxslər də var. Bu fərman kirayəşinlərin ev sahibi olması ilə nəticələnək. Yəni, onlar əvvəlki qayda da kirayə pulu verəcəklər, ancaq sonunda mənzil onların öz mülkləri olacaq”.

Sözügedən evlərin aylıq ödənişləri ilə bağlı da danışan ekspert qeyd edib ki, İpoteka və Kredit Zəmanət Fondu hazırda mənzillərin axtarışı ilə məşğuldur: “Beləliklə, tikinti şirkətləri ilə müqavilə bağlanılır ki, mənzillər kirayə ilə əhaliyə satılsın. Bunun üçün də fond konkret rəqəmləri indidən açıqlaya bilməz. Ancaq düşünürəm ki, evlər hər kateqoriya insanlar üçün uyğun olacaq. Burada yalnız aztəminatlı və ya yüksəktəminatlı şəxslərə bu cür evlərin verilməsi mümkün ola bilməz. Fikrimcə, kirayə mənzillər aztəminatlı ailələr üçün kvadratı 800-1000 AZN-dən, ortatəminatlı ailələr üçün təxminən 1500 AZN civarında, yuxarıtəminatlı ailələr üçün 1 kvadratı 1800-2000 AZN olmaqla təklif ediləcək. Təbii ki, əsas qiymətlər bütün işlər yekunlaşdıqdan sonra açıqlanacaq”.

Xatırladaq ki, kirayə mənzilə müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə ilə də həyata keçiriləcək.

12.06.2019 15:53:00
Oxuma sayı: 19