Nazirlik 15 gündə 23 min 200 manat cərimə tətbiq edib
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 16-dan 31-dən ekoloji qanunvericiliyin tələblərinin pozulması bağlı apardığı apardığı monitorinqlərin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 124 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 20 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 26 iş üzrə 23200 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 11093,9 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 171 iş üzrə 42228,17 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün isə  hüquq-mühafizə orqanlarına 25, icra qurumlarına  39,  məhkəmələrə  isə 3 iş göndərilib.
06.01.2017 11:52:50
Oxuma sayı: 287