Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü başlayıb –FOTO
Koordinat.az xəbər verir ki, hazırda davam edən üçtərəfli görüşdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya iştirak edirlər.
Qeyd edək ki, hər üç nazir Qəbələ şəhərində Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül qoyublar. /Trend
12.06.2019 10:56:00
Oxuma sayı: 246