Baş nazir: "Bu tədbirin Bakıda keçirilməsi..."
Ölçü:


Azərbaycan üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır”.

Koordinat.az xəbər verir ki, bunu Baş naziri  Novruz Məmmədov  bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgidə (WCO IT/TI Conference & Exhibition) bildirib. Onun sözlərinə görə, Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir: “Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan ÜGT-nin Avropa regionuna rəhbərlik etməsi bu əməkdaşlığın bariz nümunəsidir”.

Baş Nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: “Azərbaycan son illər irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Son illər ərzində Azərbaycan infrastruktura böyük həcmdə vəsait qoyub”.

N.Məmmədov xatırladıb ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub.
12.06.2019 10:48:00
Oxuma sayı: 54