ABŞ Türkiyə ilə S-400 və F-35 məsələsini müzakirə edəcək
Ölçü:


ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen türkiyəli həmkarı Hülusu Akar ilə Ankaranın Rusiyanın S-400 zenit raket sistemini alması və Türkiyə pilotlarına Amerikanın F-35 təyyarələri üçün təlimlərin keçirilməsinin dayandırılması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcək.

Koordinat.az
xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen deyib: “Mən ümid edirəm ki, sabah biz baxış mübadiləsi aparacağıq və hansı məsələdə irəliləyiş əldə olunduğu barədə bir-birimizi məlumatlandıracağıq”.

Şenahen əlavə edib ki, Vaşinqton və Ankara arasında əməkdaşlıq təkcə pilotların təlimatlandırılması məsələsində dayandırılıb, təyyarələrə xidmət göstərilməsində deyil.
12.06.2019 09:55:00
Oxuma sayı: 54