Səfayə Əhmədova Səhiyyə Nazirliyindəki işindən ayrıldı
Ölçü:


Daha bir nazirliyin mətbuat xidmətinin əməkdaşı işdən ayrılıb. Belə ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova tutduğu vəzifədən azad olunub.

Koordinat.az xəbər verir ki, Səfayə Əhmədova Modern.az-a faktı təsdiqləyib və deyib ki, hazırda heç bir yerdə çalışmır.

Qeyd edək ki, Səfayə Əhmədova Ucar rayonunda doğulub. Orta təhsilini Ucar rayonu 2 saylı orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetininin Filologiya fakültəsinə daxil olub. Daha sonra təhsilini İqtisad Universitetinin Maliyyə fakültəsində davam etdirib. “Ekspress” qəzetində, “Samanyolu” Televiziyasının Bakı bürosunda, BURÇ FM  və “Space” radiolarında,  “Lider Media”  Holding-də işləyib. 2006-cı ildən Səhiyyə Nazirliyini mətbuat xidmətində çalışırdı. Ailəlidir, 2 övladı var.
 
12.06.2019 09:37:00
Oxuma sayı: 50