“Azərbaycan Dəmir Yolları” QSC-dən yalan məlumat yayanlara cavab - FOTOFAKT
Ölçü:

"2019-cu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb."

Koordinat.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı açıqlamada bildirilir. Bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayılır.

Səhmdar Cəmiyyət həmin məlumatlara rəsmi mövqe bildirərək bəyan edir ki, 2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin “Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalarla təchiz edilmiş ikimərtəbəli “KİSS” markalı elektrik qatarları alınıb. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər. (Şəkilləri əlavə olunur).

O da bildirilir ki, Avropada dəmir yolu xətlərinin standartı 1435 mm, Azərbaycanda isə 1520 mm təşkil edir. İsveçrənin “Stadler Rail Group” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları isə həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda komplektləşdirilir. Bu barədə ətraflı məlumatı həmin şirkətin rəsmi internet səhifəsindən əldə etmək olar (https://www.stadlerrail.com/ru/o-nas/podrazdeleniya/zao-shtadler-minsk/110/)

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məsələ ilə bağlı həqiqəti əks etdirməyən, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan qeyri-peşəkar məlumatların yayılması olduqca təəssüf hissi doğurur" - deyə, "Azərbaycan Dəmir Yolları" QSC bəyan edib.
11.06.2019 22:47:00
Oxuma sayı: 50