FHN-nin mətbuat katibi vəzifəsindən azad edilib
Ölçü:


Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı tutduğu vəzifədən azad olunub.

Koordinat.az
Modern.az-a istinadla xəbər verir ki, Y.Babanlı öz ərizəsilə işdən ayrılıb. Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər: “Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bir müddət öncə – mayın 29-dan etibarən öz ərizəsilə işdən ayrılıb. Hələlik yerinə təyinat olmayıb”.

Qeyd edək ki, Y.Babanlı bu il martın 1-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmrilə mətbuat katibi təyin olunmuşdu.

11.06.2019 16:56:00
Oxuma sayı: 52