Bu il magistraturaya 8203 plan yeri ayrılıb
Ölçü:


2019/2020-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına ümumilikdə 8203 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, plan yerlərindən 3101 yer dövlət sifarişli, 5102 yer isə ödənişli təhsil üçün nəzərdə tutulub. Bunlardan 5824 yer Azərbaycan bölməsi, 673 yer rus bölməsi, qalan 1706 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 7632 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.

Xatırladaq ki, magistraturaya qəbul 75 proqram üzrə aparılır.
11.06.2019 15:56:00
Oxuma sayı: 43