Sabah 13-15 dərəcə isti olacaq
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Koordinat.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi  əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti,dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13dərəcə isti olacağı gözlənilir. 
28.12.2017 12:48:00
Oxuma sayı: 865