Gəncədə inklüziv təhsillə bağlı təlim - FOTOLAR
Ölçü:


Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkilatçılığı ilə Gəncə şəhərində müəllimlər üçün təlim keçirilib.

Koordinat.az
xəbər verir ki, Dövlət Pedaqoji Universitetin professoru Elmar Hüseynovun inklüziv təhsillə bağlı verdiyi təlim müəllimlər tərəfindən maraqla qarşılanıb. İnklüziv təhsilin əsasları ilə bağlı təqdim edilən materiallar hazırda ölkə təhsilində tətbiq edilən yeni yanaşmaları özündə əks etdirən mənbələr kimi qiymətləndirilib.

Təlimin ikinci hissəsində Azərbaycan Dillər Universitetinin dosenti Şəfiqə Tahirova inklüziv təhsildə pedaqoji yanaşmanın metodları barədə təqdimatla çıxış edib.

Təlimin sonunda iştirakçılara sertifikat verilib.
11.06.2019 11:59:00
Oxuma sayı: 20