Gürcüstan: "Bakı-Tbilisi-Qars ən yaxşı yoldur"
Ölçü:


“Bakı-Tbilisi-Qars dəmir yolu çox yaxşı layihədir və Gürcüstanın limanları ilə rəqabət aparır”.

Koordinat.az
xəbər verir ki, bunu Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” proqramında bildirib. O deyib ki, BTQ yüklərin daşınması üçün ən yaxşı yoldur: “Yüklər Türkiyə ərazisindən keçərək İstanbul və Aralıq dənizi limanlarına qədər çatdırılır”.

G.Kobulia nazir olduğu dövrdə Gürcüstanda inşa olunması planlaşdırılan Anaklia dərin dəniz limanı ilə bağlı bir sıra sualların yarandığını bildirib. O qeyd edib ki, limanın iqtisadi əsaslandırılnası ilə bağlı təhlil aparılmayıb.

Qeyd edək ki, G.Kobulia bu ilin aprelində iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsindən azad edilib.
11.06.2019 11:48:00
Oxuma sayı: 210