Putin Əliyev və Paşinyanı görüşdürə bilər
Ölçü:


"Rusiya prezidenti Vladimir Putin mümkündür ki, yaxın günlərdə Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş təşkil etsin".

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sdon vaxtlar cəbhə xəttində atəşkəsin pozulması və itkilərin artması ilə bağlı vəziyyəti şərh edərkən bildirib. O, qeyd edib ki, cəbhə bölgəsindəki vəziyyət Putini narahat etməyə bilməz: "Əlbəttə, Moskva Qarabağ klanına nəzarət edir, ancaq müharibə Kremlin maraqlarına cavab vermir, çünki Rusiya hakimiyyəti əsəbləri tarıma çəkilən Azərbaycan ordusunun irəli gedib uğur qazanmasını da istəmir. Ona görə də Kreml üçün ən münasib variant status-kvonu qorumaqdır, bunun üçün isə tərəfləri görüşdürüb yenidən atəşkəsə riayət etməyə razı salmalıdır".
10.06.2019 18:07:00
Oxuma sayı: 95