Rusiyanın Bakıdakı səfiri Fuad Abbasovun deportasiyasına haqq qazandırdı
Ölçü:


"Fuad Abbasovun hansı media qurumunu təmsil etdiyini bilmirəm. Mən bu məsələyə azərbaycanlı jurnalistin yox, Azərbaycan vətəndaşının məsələsi kimi baxıram".

Koordinat.az
xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib. O qeyd edib ki, Rusiya tərəfinin məlumatına görə, Fuad Abbasov Rusiyada qalma müddəti başa çatdıqdan sonra lazımi qurumları məlumatlandırmayıb: "Bu da kobud qanun pozuntusudur. Başqa ölkələrdə qanunsuz qalan şəxslərin deportasiyası nadir hal deyil. Bu sadəcə olaraq mətbuatın diqqətini cəlb edib”.

10.06.2019 12:44:00
Oxuma sayı: 78