İran XİN: "Avropa hələ də Tehranı razı salacaq addım atmayıb"
Ölçü:


“Avropa hələ də nüvə sazişi üzrə Tehranı razı salacaq addım atmayıb”.

Koordinat.az
xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib. Onun sözlərinə görə, Avropanın indiyə qədər gördüyü işlər İranı qəti qane etmir və ölkəsi INSTEX-ə çox da ümidli yanaşmır.

Xatırladaq ki, daha əvvəl Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İranın INSTEX xüsusi birgə hüsablama mexanizminin qeydiyyatını elan ediblər. O, ilkin mərhələdə dərman, tibbi avadanlıq və kənd təsərrüfatı məhsullarının tədarükünü təmin etməlidir. ABŞ sanksiyaların yanınmaqla İranla qarşılıqlı ödəniş mexanizminin yaranması barədə qərar ABŞ-ın nüvə sazişindən çıxmasından sonra qəbul edilib.

Onu da əlavə edək ki, mayın 8-də – ABŞ-ın nüvə sazişindən çıxmasının ili tamam olarkən İran zənginləşdirilmiş uran və ağır su ehtiyatları da daxil olmaqla, Birgə Hərtərəfli Fəaliyyət Planında üzərinə götürdüyü bir sıra öhdəliklərin icrasını dayandırıb.

10.06.2019 12:08:00
Oxuma sayı: 24