İran “S-300”lə bağlı Rusiyaya müraciət etməyib
Ölçü:


“Rəsmi Tehran Rusiyadan “S-300” zenit raket kompleksi almaq üçün müraciət etməyib”.

Koordinat.az
xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki,  İranın hələlik bu növ hava hücumundan müdafiə sisteminə ehtiyacı yoxdur. Onun sözlərinə görə, İran bu sistemdən geri qalmayan müdafiə sistemi yaradıb.

Yaponiyanın baş naziri Ş. Abenin  40 ildən sonra İrana səfərini  tarixi bir səfər adlandıran A.Musəvi qeyd edib ki, bu səfər çox önəmlidir və dünyanın diqqət mərkəzindədir: “Hər iki ölkənin bölgədə və beynəlxalq aləmdə baş verən proseslərlə bağlı narahatlıqları var.  Ümid edirik ki, iki ölkə arasında çox yaxşı anlaşmalar əldə olunacaq. Mən vasitəçilik terminindən istifadə etmirəm, lakin dostlarımızın fikirlərini dinləməyə hazırıq”.
10.06.2019 11:37:00
Oxuma sayı: 70