İki ay ərzində 500-dək bank işçisi işsiz qalıb - rəsmi
Ölçü:


Bu ilin 2 ayı ərzində ixtisar olunan bank əməkdaşlarının sayı açıqlanıb.

Koordinat.az
xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən, sentyabr ayından dekabrın 1-dək 482 bank əməkdaşı işdən ayrılmaq məcburiyyətində qalıb. Belə ki, əgər sentyabrda bank sektorunda çalışan işçilərin sayı 17 490 nəfər idisə, oktyabrda bu göstərici 17 030 nəfər, noyabrda isə 17 008 nəfər təşkil edib.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.
 
30.12.2016 16:47:00
Oxuma sayı: 612