Lavrovun Məmmədyarovla görüşü planlaşdırılır
Ölçü:


Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır.

Koordinat.az
-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ötən ilin sonunda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfər edib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov 5 və 14 aprel tarixlərində Moskvada olub: “Bizim diplomatlar işgüzar səviyyədə əlaqələr saxlayırlar. Rusiya xarici işlər nazirləri səviyyəsində görüşlərin mütəmadi olaraq keçirilməsinin tərəfdarıdır”.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, ölkələr arasında müxtəlif səviyyədə və formatda intensiv siyasi dialoq mövcuddur: “Bu əlaqələr nəinki ikitərəfli, eləcə də beynəlxalq münasibətlər səviyyəsində qorunur. Məsələn, Rusiya-Azərbaycan-İran formatında. Hesab edirəm ki, bu format daha da genişləndirilməlidir. Qeyd etmək lazımdır ki, formatın genişləndirilməsi istiqamətində işlər aparılır. Bəzi detalları açıqlamaq istəmirəm. Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün keçirilməsi ilə bağlı substantiv işlər aparılır. Ölkələrarası iqtisadi əməkdaşlıq Hökumətlərarası Komissiya formatında davam etdirilir. İki ölkənin müvafiq qurumları arasında müxtəlif növ məhsulların mübadiləsi üzrə əməkdaşlıq həyata keçirilir”.
05.06.2019 17:53:00
Oxuma sayı: 82