Gürcüstanla sərhədlərin delimitasiyası üzrə xüsusi ekspertlər müəyyənləşdirilib
Ölçü:


David Qareci məbədi ətrafındakı ərazilərin delimitasiya və demarkasiyası üzrə xüsusi ekspertlərin tərkibi artıq müəyyənləşib.

Koordinat.az
xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib. O qeyd edib ki, artıq məbəd ətrafında vəziyyətin yerində qiymətləndirilməsi üçün təyin edilən xüsusi ekspertlər müəyyənləşib.

“Komissiyanın tərkibi müxtəlifdir. Burada Sərhəd xidmətlərinin, Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri, kartoqraflar təmsil olunurlar. Ekspertlər hər iki tərəfə uyğun vaxtda əraziyə səfər edəcəklər. Səfər barədə məlumat veriləcək”, – deyə o bildirib.

05.06.2019 17:22:00
Oxuma sayı: 119