Ukrayna referendum keçirmək niyyətindədir- NATO-ya daxil olmaqla bağlı
Ölçü:


Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya daxil olma məsələsi ilə bağlı referendum keçirməkniyyətindədir.

Koordinat.az
-ın xəbərinə görə, bu barədə Zelenski “Zavtrak s 1+1” proqramında canlı bağlantı zamanı bildirib. Zelenski ukraynalıların müsbət cavab verəcəyinə əmin olduğunu vurğulayıb.

“Birincisi, bizim müstəqil ölkəmiz var və bu, bizim seçimimizdir. Bu, bizim Avropa və NATO-ya yönəlmiş siyasi kursumuzdur”, – deyə prezident qeyd edib.

O əlavə edib ki, Ukraynanın NATO siyasətinin kökündəölkənin təhlükəsizliyi və yüksək səviyyəli ordunun qurulması dayanır.

 
05.06.2019 16:45:00
Oxuma sayı: 27