Vahid Əhmədov: "Prezidentə məktub yazmışam ki, ən azı iki zavod tikilməlidir"
Ölçü:


Azərbaycanda iki neft maşınqayırması zavodunun tikintisinə ehtiyac var.

Koordinat.az
-ın məlumatına görə, bu barədə millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

“Mən cənab Prezidentə məktub ünvanlanmışam ki, Azərbaycanda heç olmasa iki neft maşınqayırma zavodu və balaca layihə institutu fəaliyyət görməyə başlasın”, - deyə V. Əhmədov bildirib.

Onun sözlərinə görə, bu obyektlərin tikintisində müasir və innovativ texnologiyalar istifadə edilməlidir.

04.06.2019 17:52:00
Oxuma sayı: 266