Nazir müavini Oqtay Əsədovun POS-terminallarla bağlı iradlarına cavab verdi
Ölçü:


Milli Məclisin mayın 31-də keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib. O.Əsədov bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edib.

Koordinat.az
xatlrladır ki, spiker parlamentdəki müzakirələr zamanı belə deyib: "POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır. Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq?”.

Məsələyə münasibət bildirən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67  minə düşüb: "Ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmir. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik, nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik”.

“İstehlakçilarin maarifləndirilməsi və hüquqlarının müdafiəsi” ictimai birliyinin sədri, iqtisadiçı ekspert Azər Sərdarov Modern.az-a bildirib ki, bu, qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı, həm də kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi baxımdan vacibdir: “Hələ də bir sıra satış və xidmət obyektlərində plastik kartların istifadə edilməsində problemlər qalır. Problem ondadır ki, plastik kart sahibləri bəzi xidmət məntəqələrində, xüsusən də bir sıra kafe  və restoranlarda plastik kart vasitəsi ilə ödəniş etmək istəsələr də, onların kartı “POS-terminalın işləməməsi”, “bankla distant əlaqənin olmaması” kimi fərqli bahələrlə qəbul edilmir”.

Rəhbərlik etdiyi birlik tərəfindən aparılan monitorinqin nəticələrinə toxunan A. Sərdarov deyib ki, market və ictimai iaşə obyektlərində, eləcə də tikinti mallarının satış yerlərində POS-terminalların olmasına baxmayaraq, ödənişlər əksər hallarda nağd olaraq tələb edilir: “Monitorinq nəticəsində bəlli olub ki, həmin obyektərin sahibləri POS-terminallardan istifadə edilməməsi səbəblərini ödəniş kartları ilə işləməyin əlavə çətinliklər yaratması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, işçi əmək haqqını gündəlik və nağd istəyir, obyektin sahibi icarə pulunu nağd istəyir, gündəlik bazarlığa, kommunal və izafi xərclərə  nağd pul tələb olunur, banklar "nağdlaşdırma" əməliyyatına məhdudiyyət tətbiq edir və əlavə olaraq 1% komissiya tutur”.

İqtisadçının sözlərinə görə, bu arqumentlər heç bir halda qəbul edilən deyil: “Əksinə, belə hallar “Nağdsız hesablaşmalar haqqında”  və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikasının qanunlarını pozmaq deməkdir. Sizdən bank kartını qəbul etməyib nağd pulla ödəmək tələb edilirsə,  dərhal Vergilər Nazirliyinin 195 Çağırı Mərkəzinə məlumat  verməlisiniz. Bu baxımdan öz yaxınlarınıza həmin obyektlərə getməməyi tövsiyə etməyinizə və bununla belə hər hansı obyektin xidmətlərindən istifadə etmək istədiyinizdə ilk növbədə nağdsız ödəniş yolu ilə hesablaşacağınızı əvvəlcədən bildirməyinizə ehtiyac var”.

Ekspert həmçinin, qanunvericiliyə dəyişikliklər edilməsi və POS-terminallardan istifadə olunmamasına görə məsuliyyətin ağırlaşdırılmasını da təklif edib. Onun təklifinə görə, plastik kartlar qəbul etməkdən imtina edən sahibkarlıq subyektləri üçün xüsusi cərimlərin də müəyyənləşdirilməsinə ehtiyac var.
 
04.06.2019 15:55:00
Oxuma sayı: 142