Pənah Hüseyn "4 iyun qiyamı" barədə: "Xarici qüvvələrlə iş birliyində olanların məqsədi dövləti çökdürmək idi"
Ölçü:


1993-cü ildə baş vermiş “4 iyun qiyamı”ndan 26 ili ötür. Üstündən 26 il keçsə də o hadisələr  hələ müzakirə mövsuzudur.

Koordinat.az xəbər verir ki, həmin dövrdə Baş nazir olmuş Pənah Hüseyn məsələyə yenidən münasibət bildirib. O, 1993-cü il 4 iyun qiyamını Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş qəsd idi: “Qiyam xarici və daxili qüvvələrin birgə səyi, işbirliyi şəraitində hazırlanmışdı. Azərbaycanın qanuni prezidentinə qarşı hərbi qiyam idi və sonradan da siyasi qiyam mərhələsinə qədəm qoydu. Nəticədə qanuni prezidentin vəzifələrini yerinə yetirməsinin mümkünsüzlüyü şəraiti yaradıldı və bu da ölkədə böhrana səbəb oldu”.

Eks-baş nazir deyib ki, bu qiyam Ermənistanın geniş ərazilərimizə hücumuna şərait yaratdı: “Bu da Azərbaycan tarixinin çox ciddi, ağır səhifələrindən biridir. Bu qiyamı böyütməkdə xarici qüvvələrlə iş birliyində olanların bir məqsədi var idi, dövləti çökdürmək. Bu hadisələr göstərdi ki, dövlətin maraqlarına, Konstitusiyaya zidd olan hansısa bir hərəkət və addım ölkənin, xalqın təhülkəsizliyi üçün heç bir halda müsbət nəticə vermədi”.

Pənah Hüseyn bildirib ki, belə addımların, əməllərin qarşısı qanunun bütün gücündən istifadə olunmaqla alınmalı idi: “Bu işdə cinayət məsuliyyəti olan şəxlər cəzalandırılmalı, mənəvi, siyasi məsuliyyəti olan şəxlərə də müvafiq qiymət verilməlidir. Bir daha həmin dövrdə Azərbaycan dövlətinin maraq və mənafeləri uğrunda həlak olmuş insanların şərəfli xatirəsini yad etmək lazımdır. Torpaqlarımızın işğalına, insanımızın həlak olmasına, köçkün olmasana səbəb olmuş həmin hadisənin iştirakçıları və icraçıları da lənətlə xatırlanmalıdır”.
 
04.06.2019 14:09:00
Oxuma sayı: 27