Səhiyyə Nazirliyi dərman qıtlığını təkzib etdi: “Hansı dərman tapılmırsa..."
Ölçü:


“Ölkə ərazisində dərman pereparatlarını çatışmazlığı problemi yoxdur”.

Koordinat.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova ölkədə dərman çatışmamazlığı barədə yayılan məlumatları şərh etmək üçün modern.az-ın verdiyi sorğusuna cavab olaraq bildirib: “Azərbaycan Respublikasında qeydiyyatda olan dərman vasitələrinin analoqu var. Hər hansı konkret dərmanın qıtlığı varsa, bizə müraciət etməyinizi xahiş edirik”.

Qeyd edək ki, 2015-ci ildən etibarən milli valyutanın 2 dəfə dəyərdən düşməsi, Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçməsi bütün sahələrdə olduğu kimi, dərman bazarına da ciddi təsir edib. Belə ki, aptekə müraciət edən vətəndaşlara “yoxdur” cavabını verərək, səbəbi həmin dərman pereparatlarının depoda olmadığını bildirirlər.

Tarif Şurası noyabrın 28-də keçirdiyi kollegiya iclasında10166 dərman preparatının yer aldığı siyahıda dərman vasitələrinin qiymətini əhəmiyyətli şəkildə artırıb. Şuranın məlumatına görə, həmin gün 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın bu qərarı noyabrın 29-dan artıq qüvvəyə minib. 
29.12.2016 11:38:55
Oxuma sayı: 507